×
A
A
A
Sazlamalar

Azərbaycan-Norveç əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Vyana, 10 fevral, AZƏRTAC

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Vyanaya səfəri çərçivəsində Norveçin Xarici İşlər naziri İne Eriksen Söreyde ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı Azərbaycan-Norveç əlaqələrinin hazırkı vəziyyəti və inkişaf etdirilməsi yolları, iqtisadiyyat və enerji sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və təşkilatlarda namizədliklərin dəstəklənməsi məsələsini müzakirə ediblər.
Görüş zamanı tərəflər, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Xarici siyasət 2020-02-10 18:04:00