×
A
A
A
Sazlamalar

Azərbaycanın Xarici İşlər naziri Vyanada macarıstanlı həmkarı ilə görüşüb

Vyana, 10 fevral, AZƏRTAC 

Vyanada keçirilən Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransda iştirakı çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Macarıstandan olan həmkarı Peter Siyarto ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, nazirlər iki ölkə arasındakı əməkdaşlıq məsələlərini, o cümlədən iqtisadi, enerji, kənd təsərrüfatı və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
Azərbaycanın NATO ilə tərəfdaşlıq məsələlərinə toxunan tərəflər bu xüsusda Macarıstanın Azərbaycandakı səfirliyinin əlaqələndirici vəzifələrini yerinə yetirdiyini məmnunluqla qeyd ediblər. Macarıstan naziri bu xüsusda əlaqələndirici səfirlik qismində fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıb.
Görüş zamanı nazirlər, həmçinin beynəlxalq gündəlikdə duran məsələlər, o cümlədən regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Xarici siyasət 2020-02-10 17:11:00