×
A
A
A
Sazlamalar

Azərbaycan sahibkarları Moskvada “PRODEKSPO-2020” sərgisində iştiraka dəvət olunurlar

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycan sahibkarları fevralın 10-14-də Moskvanın Mərkəzi Sərgi Kompleksində keçiriləcək “PRODEKSPO-2020” sərgisində iştiraka dəvət olunurlar.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) AZƏRTAC-a bildirilib ki, sərgidə ilin ən böyük “Market şəbəkələrinin alış mərkəzi” təşkil olunacaq. Sərgi çərçivəsində qida məhsullarının alıcısı olan Rusiyanın bütün ərazilərində yerləşən market (hipermarket) şəbəkələrinin və “Horeca” şirkətlərinin nümayəndələri ilə birbaşa görüşlər nəzərdə tutulub.

Sərgilər 2020-01-28 19:19:00