×
A
A
A
Sazlamalar

“İnter” klubu danimarkalı yarımmüdafiəçi Kristian Eriksen ilə müqavilə imzalayıb

Bakı, 28 yanvar, AZƏRTAC

İtaliyanın “İnter” futbol klubu İngiltərənin “Tottenhem” komandasının danimarkalı yarımmüdafiəçisi Kristian Erikseni heyətinə cəlb edib.
AZƏRTAC xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi Milan təmsilçisi ilə 2024-cü ilin yayınadək qüvvədə olan müqavilə imzalayıb.
İtaliya mətbuatı bu transfer üçün “İnter” klubunun 20 milyon avro ödədiyini yazıb. Danimarkalı futbolçunun yeni klubunda illik məvacibinin 10 milyon avro olacağı bildirilir.
Xatırladaq ki, K.Eriksen cari mövsümdə “Tottenhem”in heyətində keçirdiyi 28 oyunda 3 dəfə fərqlənib.

İdman 2020-01-28 19:06:00