×
A
A
A
Sazlamalar

Fərid Mustafayev: Dünya kuboku yarışlarında Azərbaycanı təmsil etmək böyük məsuliyyətdir

Bakı, 28 yanvar, AZƏRTAC

Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarına fəal hazırlaşırıq. Məşqlər gündə iki dəfə keçirilir. İndi biz kombinasiyaları çətinləşdiririk ki, yarış zamanı proqramı səhvsiz yerinə yetirək. Dünya kuboku ərəfəsində, təbii ki, həyəcan var. Mənim üçün qarşıdan gələn turnir öz bacarıqlarımı nümayiş etdirmək üçün böyük şansdır.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, bu sözləri gimnastımız Fərid Mustafayev deyib.
“Dünya kuboku yarışlarında Azərbaycanı təmsil etmək böyük məsuliyyətdir. Ümumiyyətlə, ölkəni vacib yarışlarda təmsil etmək həm böyük məsuliyyət, həm də şərəfdir. Buradan tamaşaçılara səslənirəm ki, yarış günü Milli Gimnastika Arenasına gəlsinlər və bizi dəstəkləsinlər”, - deyə gimnast bildirib.
Qeyd edək ki, F.Mustafayev fevralın 15-16-da dünya kubokunda tamblinq yarışlarında çıxış edəcək.

İdman 2020-01-28 17:08:00