×
A
A
A
Sazlamalar

Mingəçevir ərazisində zəlzələ qeydə alınıb

Bakı, 27 yanvar, AZƏRTAC

Yanvarın 27-də Mingəçevir şəhəri ərazisində maqnitudası 3.4 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 05:35-də Mingəçevir stansiyasından 10 kilometr şimal-qərbdə qeydə alınıb.
Ocağı 28 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

 

Ekologiya 2020-01-27 08:42:00