×
A
A
A
Sazlamalar

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Binəqədi rayonunda ağac kəsintisi faktı olmayıb

Bakı, 24 yanvar, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıblar. Araşdırma zamanı ərazidə ağac kəsintisi faktının olmadığı məlum olub.
Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin AZƏRTAC-a bildirib ki, həmin ərazidə qeyri-yaşayış binasının tikintisi məqsədilə tikinti altına düşən müxtəlifcinsli 7 ağacın köçürülməsinə Dövlət Ekspertiza İdarəsi tərəfindən rəy verilib. Ağaclar “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri tərəfindən budanaraq 2 saylı Yaşıllaşdırma İdarəsinin ərazisinə köçürülüb.

Ekologiya 2020-01-24 17:40:00