×
A
A
A
Sazlamalar

Dünya Ekoloji Təhsil Günündə milli parklarda açıq dərs və məktəblilər arasında bilik yarışı keçiriləcək

Bakı, 24 yanvar, AZƏRTAC

Yanvarın 26-da - Dünya Ekoloji Təhsil Günündə bir sıra milli parklarda açıq dərs, Qızılağac Milli Parkının Turizm İnformasiya Mərkəzində məktəblilər arasında bilik yarışı keçiriləcək. Yanvarın 30-da isə Hirkan Milli Parkında atla yürüş üçün ziyarətçilərə şərait yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova yanvarın 24-də keçirilən mətbuat konfransında deyib.
Nazirliyin sözçüsü bildirib ki, tədbirlərin keçirilməsində məqsəd milli parklarda ekoturizmin təbliği, parklara turistlərin marağının artırılmasıdır.

Ekologiya 2020-01-24 14:45:00