×
A
A
A
Sazlamalar

Azərbaycan qılıncoynadanı Qətərdə Qran-Pri yarışında iştirak edir

Bakı, 24 yanvar, AZƏRTAC

Yanvarın 24-də Qətərdə Azərbaycan qılıncoynadanının da iştirak etdiyi Qran-Pri yarışına start verilib.
AZƏRTAC xəbər verir ki, turnirdə ölkəmizi kişilərdən ibarət şpaqa üzrə milli komandamızın üzvü Kənan Əliyev təmsil edir. İdmançımız baş məşqçi Çingiz Mustafayevin rəhbərliyi altında qüvvəsini sınayır.
Qeyd edək ki, Qran-Pri turnirində 48 ölkədən 219 idmançı birincilik uğrunda mübarizə aparır. Yarışa yanvarın 26-da yekun vurulacaq.

İdman 2020-01-24 14:14:00