×
A
A
A
Sazlamalar

Azərbaycanlı hakim “Allianz”-“Mladost Ribola” oyununu idarə edəcək

Bakı, 23 yanvar, AZƏRTAC
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.
AZƏRTAC xəbər verir ki, həmyerlimiz kişi voleybolçular arasında Çağırış kuboku yarışlarında mübarizə aparan İtaliyanın “Allianz” və Xorvatiyanın “Mladost Ribola” komandaları arasında keçiriləcək görüşün baş hakimi olacaq. Həmyerlimizə ispaniyalı Antonio Fernando Korrea Benitez kömək edəcək.
Turnirin 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək görüş fevralın 13-da İtaliyanın Milan şəhərində təşkil olunacaq. Komandalar arasında yanvarın 29-da Xorvatiya keçiriləcək birinci oyunda isə həmyerlimiz Fikrət Axundov ikinci hakim funksiyasını yerinə yetirəcək. Görüşün baş hakimi danimarkalı Ellen Mari Burheim olacaq.

İdman 2020-01-23 17:24:00