×
A
A
A
Sazlamalar

Milli Kitabxanada “Azərbaycan Milli Elmlər Akademiyası – 75” adlı sərgi açılıb

Bakı, 23 yanvar, AZƏRTAC

Yanvarın 23-də Azərbaycan Milli Kitabxanasında “Azərbaycan Milli Elmlər Akademiyası – 75” adlı kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan Milli Elmlər Akademiyasının yaranma tarixindən bəhs edən kitablar, ayrı-ayrı institutlarının nəşrləri, əməkdaşlarının Azərbaycanda və xarici mətbuatda çap edilmiş məqalələri nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.

Elm və təhsil 2020-01-23 17:25:00