×
A
A
A
Sazlamalar

Futzal üzrə Azərbaycan millisi Özbəkistan yığmasına qalib gəlib

Bakı, 22 yanvar, AZƏRTAC
Futzal üzrə dünya çempionatının elit-raund mərhələsinə hazırlaşan Azərbaycan milli komandası yanvarın 22-də növbəti yoldaşlıq oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında Özbəkistan yığması ilə üz-üzə gələn komandamız qələbə qazanıb - 4:3. Millimizin heyətində Oliveira Da Nascimento, Tiago Telles Martins, Eduardo Borges və İsa Atayev fərqləniblər.
Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyunda Özbəkistan millisi 3:2 hesabı ilə qələbə qazanmışdı.

İdman 2020-01-22 22:36:00