×
A
A
A
Sazlamalar

“Keşlə” Rusiyanın “Arsenal” komandasına uduzub

Bakı, 22 yanvar, AZƏRTAC
Yanvarın 22-də Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Keşlə” klubu yoxlama oyunu keçirib.
AZƏRTAC xəbər verir ki, Tərlan Əhmədovun yetirmələri Rusiyanın “Arsenal” klubu ilə üz-üzə gəliblər. Bakı vaxtı ilə saat 18:00-da start götürən matçda paytaxt təmsilçiləri 1:2 hesabı ilə uduzub. Komandamızın yeganə qolunu 70-ci dəqiqədə Aleksandr Kristavao vurub.
Qeyd edək ki, “Keşlə” ilk oyunda Almaniyanın aşağı liqa klubu “Zvikau”ya 1:4 hesabı ilə uduzub. Komanda Antalyadakı son oyununu yanvarın 24-də Slovakiyanın “Zemplin” klubuna qarşı keçirəcək.

İdman 2020-01-22 21:52:00