×
A
A
A
Sazlamalar

AZƏRTAC-ın 20 Yanvar faciəsi ilə əlaqədar Tbilisidə təşkil etdiyi sərgi ziyarətçilərdə böyük maraq doğurub

Tbilisi, 22 yanvar, AZƏRTAC

AZƏRTAC-ın Gürcüstan bürosu və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar yanvarın 15-də Tbilisidə açdığı fotosərgi davam edir.
Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva bildirib ki, bu günədək sərgini 500 nəfərdən çox insan ziyarət edib. Sərgini ziyarət edənlərin sırasında Gürcüstanda yaşayan azərbaycanlılarla yanaşı, gürcü ictimaiyyətinin nümayəndələri də var. Yanvarın sonunadək davam edəcək sərgi ziyarətçilərdə böyük maraq doğurub.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

20 yanvar 2020-01-22 21:00:00