×
A
A
A
Sazlamalar

Azərbaycanın Müdafiə naziri Tbilisidə Qəhrəmanlar meydanını ziyarət edib

Tbilisi, 21 yanvar, AZƏRTAC

Yanvarın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Tbilisinin mərkəzindəki Qəhrəmanlar meydanını ziyarət edib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, general-polkovnik Zakir Həsənov Gürcüstanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə əklil qoyub.
Sonra Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.
Tədbirdə ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Ordu 2020-01-21 18:10:00