×
A
A
A
Sazlamalar

Əliqismət Lalayev: 20 Yanvar tarixi xalqımızın həm qanlı, həm də şanlı səhifəsidir

Bakı, 20 yanvar, AZƏRTAC

İyirmi Yanvar hadisələrindən 30 il ötməsinə baxmayaraq, bu gün də xalqımız Şəhidlər xiyabanına axışır və şəhidlərimizin xatirəsini ehtiramla anır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Şəhidlər xiyabanını ziyarət edən Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev deyib. “Hər kəs öz övladını Şəhidlər xiyabana gətirir ki, onlar başımıza gələn hadisələri bilsinlər və unutmasınlar. Otuz il bundan əvvəl, təbii ki, bu uşaqlar, gənclər həyatda yox idi. Amma onlar bilirlər ki, 20 Yanvar tarixi xalqımızın həm qanlı, həm də şanlı səhifəsidir. Həmin gün xalqımız öz azadlığını tapıb. Hansı ideallar uğrunda şəhidlərimiz özlərini qurban vermişdilərsə, onların arzuları bu gün yerinə yetib”, - deyə Ə.Lalayev bildirib.

20 yanvar 2020-01-20 16:52:00