×
A
A
A
Sazlamalar

Keçmiş unudulmayanda tarixə dönür

Bakı, 20 yanvar, AZƏRTAC

20 Yanvar faciəsi mənim yaddaşımda silinməz iz qoyub.
Bunu AZƏRTAC-a müsahibəsində Şəhidlər xiyabanını ziyarət etməyə gələn paytaxt sakini Səfayə Quliyeva deyib.
“Mənim qardaşım Səxavət Quliyev 20 Yanvar faciəsi qurbanlarındandır. O gecə baş verənləri heç vaxt unutmaram. Səxavət yanvarın 19-u gecə güllə səsi eşidəndə küçəyə çıxır. Onun geri gəlmədiyini görən qardaşı Səxavəti küçədə axtarmağa başlayır. Qardaşı Səxavəti tapanda artıq o keçinmişdi, kürəyindən vurulmuşdu. Biz müstəqilliyimiz üçün şəhidlərimizə borcluyuq”, - deyə S.Quliyeva bildirib.
S.Quliyeva deyib ki, bu şəhidlərin qəhrəmanlığı xalqımız üçün, gənclərimiz üçün örnəkdir, bundan sonra da örnək olacaq. Keçmiş unudulmayanda tarixə dönür. Mən bu dərdi, qəmi, bu faciəni daim qəlbimdə saxlayacağam. Əminəm ki, şəhidlərimizin qanı yerdə qalmayacaq.

20 yanvar 2020-01-20 12:50:00