×
A
A
A
Sazlamalar

“Azərenerji” və “Azərişıq” 20 Yanvar faciəsini birgə anıb

Bakı, 18 yanvar, AZƏRTAC

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı “Azərenerji” və “Azərişıq” ASC-lərinin kollektivləri birgə tədbir keçirib.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, şəhidlərin ruhuna ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükutdan sonra 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı hazırlanan filmin nümayişi olub.
Daha sonra Qarabağ müharibəsi iştirakçısı olan “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev, hər iki qurumun digər rəsmi şəxsləri, o cümlədən 20 Yanvar faciəsində yaralanan energetiklər 30 il əvvəl baş verən hadisələrdən danışıblar. Bildirilib ki, Azərbaycan xalqının həyatında və yaddaşında dərin iz qoyan, onun sonrakı taleyinə bilavasitə təsir edən hadisələr sırasında 1990-cı ilin 20 Yanvar hadisələrinin özünəməxsus yeri var. Qeyd olunub ki, 20 Yanvar faciəsi çoxsaylı insan tələfatı ilə nəticələnsə də, Azərbaycan müstəqillik tarixinə qanla yazılan şərəfli tarixdir.
20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı “Azərenerji” ASC-nin elektrik stansiyalarında, regional elektrik şəbəkələrində anım tədbirləri keçirilib. Eyni zamanda, “Azərenerji” ASC-də çalışan şəhid ailələrinə birdəfəlik maddi yardım verilməsi ilə bağlı müvafiq əmr verilib.

20 yanvar 2020-01-18 16:12:00