×
A
A
A
Sazlamalar

Qabil Orucov: Seçki prosesi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir

Bakı, 17 yanvar, AZƏRTAC

Yanvarın 17-də Milli Məclisə seçkilərlə əlaqədar namizədliyi qeydə alınmış şəxslərin seçkiqabağı təşviqat kampaniyasına başlanılıb. Təşviqat kampaniyası 2020-ci il yanvarın 17-dən fevralın 8-i səhər saat 08:00-a qədər olan dövrü əhatə edir.
AZƏRTAC xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov bildirib.
MSK üzvü deyib ki, bu günə qədər 1623 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Bu, əvvəlki parlament seçkiləri ilə müqayisədə rekord göstəricidir. Azərbaycanda güclü siyasi iradə mövcuddur və seçki prosesində iştirak etmək istəyən passiv seçki hüququ subyektləri bu mühitdən kifayət qədər yararlanmaq arzusundadırlar.
“Seçki prosesi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir. İnanıram ki, seçki prosesinin əsas mərhələsi olan səsvermə də qanunvericiliyin tələblərinə uyğun reallaşdırılacaq”, - deyə Qabil Orucov vurğulayıb.

Daxili siyasət 2020-01-17 11:11:00