×
A
A
A
Sazlamalar

Prezident Administrasiyasının rəsmisi: Parlament seçkiləri daha çevik, peşəkar deputat korpusunun formalaşmasına yönəlib VİDEO

Bakı, 16 yanvar, AZƏRTAC 

Fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri daha çevik, peşəkar deputat korpusunun formalaşmasına yönəlib.
AZƏRTAC xəbər verir ki, bu fikri Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova yanvarın 16-da “Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyasında çıxışında deyib.
Səadət Yusifova qeyd edib ki, parlament seçkiləri taleyüklü proses olduğu üçün bütün siyasi partiyalar, vətəndaş cəmiyyəti fəallaşır və media da bunun tərkib hissəsidir.
Seçkiqabağı təşviqat aparmaq üçün 40-a yaxın KİV-in qeydiyyatdan keçdiyini diqqətə çatdıran Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, seçkilər dövründə medianın üzərinə böyük yük düşür. Media nümayəndələri prosesi obyektiv işıqlandırmalı və bütün namizədlər üçün bərabər şərait yaratmalıdır. “İnanırıq ki, bu parlament seçkiləri Azərbaycanda seçki təcrübəsinin və media ənənələrinin inkişafına öz töhfəsi ilə yadda qalacaq”, - deyə Səadət Yusifova qeyd edib.

Daxili siyasət 2020-01-16 11:35:00

Video