×
A
A
A
Sazlamalar

Azərbaycan qılıncoynadanları ABŞ-da keçirilən dünya kuboku turnirində iştirak edirlər

Bakı, 15 dekabr, AZƏRTAC

Azərbaycanın qadın qılıncoynadanları ABŞ-ın Solt Leyk Siti şəhərində keçirilən dünya kuboku turnirində iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, yarışa ölkəmizdən milli komandanın üzvləri Səbinə Kərimova, Sevil Bünyatova, Anna Başta və Valeriya Bolşakova qatılıblar. Sablyaçılarımız turnirdə baş məşqçi Çingiz Mustafayev və məşqçi Vadim Şturbabinin rəhbərliyi ilə yarışırlar.
Qeyd edək ki, dünya kuboku turnirində 25 ölkədən 186 qılıncoynadan mübarizə aparır.

İdman 2019-12-15 17:15:00