“Karate 1” Premyer Liqa turnirində Azərbaycan komandası 4-cü medalını qazanıb
Bakı, 15 dekabr, AZƏRTAC
İtaliyanın Venesiya şəhərində gənclərin “Karate 1” Premyer Liqa turnirində Azərbaycan komandası 4-cü medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, karateçimiz Arina Bezrebra (14-15 yaşlı yeniyetmələr, +54 kq) turnirin bürünc medalına sahib olub.
Bundan əvvəl 16-17 yaşlı idmançılardan Polina Qurenko (53 kq) və Ramil Baxşəliyev (55 kq) turnirin gümüş, Əminağa Quliyev (61 kq) isə bürünc medalını qazanmışdır. Yarışda baş məşqçilər Anar Allahverdiyev (kumite) və Vahid Ayvazovun (kata) rəhbərliyi ilə 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərdən ibarət yığmamız mübarizə aparır.
Dünyanın 65 ölkəsindən 3180 karateçinin qatıldığı turnir bu gün başa çatacaq.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir