Azərbaycan cüdoçusu İrina Kindzerska “Masters” turnirində gümüş medal qazanıb
Bakı, 14 dekabr, AZƏRTAC
Azərbaycan cüdoçusu İrina Kindzerska Çinin Cindao şəhərində keçirilən cüdo üzrə “Masters” turnirində gümüş medala sahib olub.
AZƏRTAC xəbər verir ki, turnirdə 78 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançımız Fransa, Çin və Braziliya təmsilçilərinə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda cənubi koreyalı Hayun Kimi məğlub edən İ.Kindzerska finala vəsiqə qazanıb. Həlledici görüşdə hollandiyalı Tessi Savelkouls ilə görüşən təmsilçimiz uduzaraq gümüş medalla kifayətlənib.
Bu, millimizin Çində qazandığı ikinci medal olub. Yarışın ikinci günündə Rüstəm Orucov (73 kq) bürünc medala layiq görülüb.
Mötəbər turnirdə 67 ölkədən 445 cüdoçu mübarizə aparıb. Azərbaycanı turnirdə 11 cüdoçu (8 oğlan, 3 qız) təmsil edib.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir