FHN-in əməkdaşı pauerliftinq üzrə yeni dünya rekordu müəyyənləşdirib
Bakı, 13 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Dünya Pauerliftinq Federasiyasının (WRP) Moskvada təşkil etdiyi dünya çempionatında uğurla çıxış ediblər.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov (75 kq) iki qızıl və bir gümüş medal qazanıb. O, iki hərəkətin cəmində 685,5 kiloqram qaldıraraq dünya çempionu olub. İdmançımız iki hərəkətin cəmində isə dünya çempionu adını qazanıb.
R.Xəlilov çempionatda yeni dünya rekordu müəyyənləşdirib. Yerdən qaldırmada 287,5, sinədən sıxma hərəkətində isə 173 kiloqramı ram edən idmançımız ümumilikdə 685,5 kiloqram nəticə ilə dünya rekordunu yeniləyib.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Gülnarə Əliyeva isə Azərbaycanda keçirilən karate üzrə dünya kubokunda 55 kiloqram çəki dərəcəsində birinci yeri tutub.
G.Əliyeva Azərbaycan çempionu, üçqat Avropa və bir dəfə dünya çempionudur.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir