×
A
A
A
Sazlamalar

“Qarabağ” “Düdenlanj”la heç-heçə edərək qrup mərhələsini üçüncü yerdə başa vurub

Bakı, 12 dekabr, Nicat Məmmədov, AZƏRTAC

UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin altıncı turu çərçivəsində keçirilən “Qarabağ” - “Düdelanj” oyunu başa çatıb.

AZƏRTAC xəbər verir ki, görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.

Beləliklə, “Qarabağ” qrup mərhələsini 5 xalla üçüncü yerdə başa vurub.
A qrupun digər oyununda Kiprin APOEL klubu öz meydanında İspaniyanın “Sevilya” komandasını 1:0 hesabı ilə məğlub edib.
Qrupda 15 xal toplayan “Sevilya” və 10 xalı olan APOEL turnirin pley-off mərhələsinə yüksəliblər. “Düdelanj” isə 4 xalla sonuncu - 4 yerdə qərarlaşıb.

 

İdman 2019-12-12 23:46:00