×
A
A
A
Sazlamalar

Azərbaycan məktəbliləri Doha şəhərində keçirilən dünya olimpiadasında medallar qazanıblar

Bakı, 11 dekabr, AZƏRTAC

Dekabrın 2-dən 11-dək Qətərin paytaxtı Doha şəhərində yeniyetmələr arasında təbiət elmləri fənni üzrə dünya olimpiadası keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, olimpiadaya qatılan məktəblilərimiz ölkəmizi uğurla təmsil ediblər. Belə ki, Azərbaycan komandasının tərkibinə daxil olan 6 iştirakçıdan 4-ü gümüş, 2-si isə bürünc medal qazanıb.

Elm və təhsil 2019-12-11 17:11:00