×
A
A
A
Sazlamalar

Xəzər Universitetində “KitabGəzər” layihəsi təqdim edilib

Bakı, 6 dekabr, AZƏRTAC

Xəzər Universitetində “KitabGəzər” layihəsinin təqdimatı keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “Kitab paylaş, həyat dəyiş!” devizi ilə icrasına başlanılan layihənin məqsədi istifadə edilmiş kitabların toplanılaraq yeni oxuculara çatdırılması və prosesin ardıcıl davam etdirilməsidir.
Tədbirdə layihənin rəhbərliyi, tələbələr, universitetin ictimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli iştirak ediblər.
“KitabGəzər” layihəsinin rəhbəri Fatma Qurbanova layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verib və onların suallarını cavablandırıb.
Tədbirdən sonra tələbələr istifadəsiz qalmış kitablarını başqa oxuculara çatdırmaq üçün universitetə təhvil veriblər.

 

Elm və təhsil 2019-12-06 17:14:00