×
A
A
A
Sazlamalar

“Bakutel 2019” sərgisində AZƏRTAC öz stendi ilə təmsil olunur VİDEO

Bakı, 3 dekabr AZƏRTAC

Bakı Ekspo Mərkəzində açılan “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində AZƏRTAC öz stendi ilə təmsil olunur. 23 ölkədən 240-dək şirkətin iştirak etdiyi builki sərginin iştirakçıları arasında aparıcı İKT şirkətləri, habelə Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribüterləri var.
Hər il olduğu kimi, bu dəfə də AZƏRTAC-ın stendində agentliyin müxtəlif illərdə hazırladığı çap və multimedia məhsulları, respublikamızın səfalı və tarixi məkanlarından bəhs edən videoreportajlar nümayiş olunur.
Ziyarətçilərə İKT-nin geniş imkanlarından bəhrələnən və 8 dildə xəbər yayan AZƏRTAC-ın öz məhsullarını mətn, infoqrafika, video, audio-slaydşou və fotolent formalarında dünya informasiya məkanında yayması barədə ətraflı məlumat verilir.
Ənənəvi olaraq hər il keçirilən “Bakutel” sərgisinin media tərəfdaşı olan AZƏRTAC-ın ekspozisiyasındakı nəşrlər, multimedia məhsulları, informasiyanın istehsalı və yayılması sahəsində texniki imkanları sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır.

Sərgilər 2019-12-03 13:33:00

Video