×
A
A
A
Sazlamalar

Builki “Bakutel” sərgisinin sahəsi 6 faiz artıb

Bakı, 2 dekabr, Pərvanə Rəhimova, AZƏRTAC

“Bakutel 2019” sərgisində 10 milli pavilyon qurulub. Cari ildə sərginin sahəsi isə 6 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 2-də “Bakutel 2019”a həsr olunmuş mətbuat konfransında “Caspian Event Organisers” şirkətinin rəhbəri Edvard Stron deyib.
O bildirib ki, “Bakutel 2019”un işgüzar proqramına kommunikasiya, dialoq və effektiv həll variantlarının axtarışı üçün müasir platformalar “İnnovasiyalar zonası” və “Təqdimatlar zonası” daxildir. Bu dinamik zonalarda müxtəlif maraqlı tədbirlər keçiriləcək. Tədbir çərçivəsində “Forbes” jurnalının redaksiya direktoru Nikolay Uskovla qapalı görüş keçiriləcək. Sərginin xüsusi qonağı məhz bu tədbirdə iştirak etmək üçün Bakıda səfərdə olacaq və biznes sahəsində innovasiyalar haqda məlumat verəcək. Sərgi çərçivəsində dekabrın 4-5-də “Bakutel Tech Talks” Beynəlxalq Müzakirə Platforması təşkil ediləcək”.

Sərgilər 2019-12-02 13:11:00