Varşavada “Azərbaycan – tarix, cəmiyyət, mədəniyyət” adlı elmi konfrans keçirilib
Varşava, 18 noyabr, AZƏRTAC
Polşanın paytaxtı Varşavada “Azərbaycan – tarix, cəmiyyət, mədəniyyət” mövzusunda elmi konfrans keçirilib. Elmi konfrans Azərbaycanın Polşadakı səfirliyinin dəstəyi və Varşava Universitetində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.
Sözügedən konfransda səfir Həsən Həsənovla yanaşı, Polşa Xarici İşlər Nazirliyinin Şərq Departamentinin müavini, eyni zamanda, ölkəmizə təyin edilmiş səfiri Rafal Poborski, Varşava Universiteti Şərqşünaslıq fakültəsinin dekanı Pyotr Taraxa, Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) əməkdaşları, AMEA Tarix İnstitutunun əməkdaşı Aynur Bəşirli, ADA Universitetinin professoru Ceyhun Rzayev, Polşa universitetlərinin professorları və tələbələr iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, konfransı Pyotr Taraxa açaraq, Azərbaycan tarixinin və mədəniyyətinin elmi auditoriyaya və geniş Polşa ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən söz açıb.
Üç paneldən ibarət təşkil edilmiş elmi konfransda mövzuya uyğun məruzələr dinlənilib, ətraflı müzakirələr aparılıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır