Cüdoçularımız Avropa kubokunda 4 medal qazanıblar
Bakı, 17 noyabr, AZƏRTAC
Macarıstanda noyabrın 16-da yeniyetmələr arasında start götürən cüdo üzrə Avropa kuboku turniri başa çatıb. Qitə turnirinin ikinci günündə təmsilçilərimiz daha bir medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, ölkəmizi yarışda 81 kiloqram çəki dərəcəsində təmsil edən Əlirza Şıxəlizadə finala qədər uğurla irəliləsə də, həlledici mərhələdə Fransa təmsilçisi Aleksandre Tamaya məğlub olaraq gümüş medalla kifayətlənib.
Bununla da medalların sayı dördə çatıb. Yarışların birinci günü Nurlan Kərimli qızıl, Hüseyn Allahyarov (hər ikisi 50 kiloqram) və Aydın Rzayev (60 kiloqram) bürünc medal əldə ediblər.
Azərbaycanın 7 idmançısının qatıldığı Avropa kuboku yarışlarında 31 ölkədən 500-dən çox cüdoçu mübarizə aparıb.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir