×
A
A
A
Sazlamalar

Fikrət Əmirov küçəsində nəqliyyat şəraiti yaxşılaşdırılıb

Bakı, 15 noyabr, AZƏRTAC

Qanunsuz parklanmaya qarşı aparılan tədbirlər çərçivəsində paytaxtın Fikrət Əmirov küçəsində (“28 May” metro stansiyası yaxınlığı) nəqliyyat şəraiti yaxşılaşdırılıb.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a bildirilib ki, qeyd edilən ərazidə əvvəllər nəqliyyat sıxlığını artıran, yolun ötürücülük qabiliyyətinə mənfi təsir edən süni amillər aradan qaldırılıb. Nəticədə piyada təhlükəsizliyi təmin edilib, sərnişinlərin marşrut avtobuslarından təhlükəsiz istifadəsinə nail olunub. On dörd müntəzəm marşrut xətti üzrə 229 avtobusun hərəkət qrafiki normallaşıb ki, bu da 200 mindən çox sərnişinin daha tez və rahat daşınması deməkdir. Həmçinin digər nəqliyyat vasitələrinin hərəkətində də intensivlik artıb.

 

Nəqliyyat 2019-11-15 15:37:00