×
A
A
A
Sazlamalar

“Made in Azerbaijan” brendli məhsullar “Food and Hotel China 2019” sərgisində

Bakı, 13 noyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları Çinin Şanxay şəhərində keçirilən “Food and Hotel China 2019” Beynəlxalq Sərgisində təqdim olunur.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sərgidəki “Made in Azerbaijan” vahid ölkə stendində Azərbaycanın 14 şirkətinin şərab və spirtli içkiləri, meyvə şirələri, konservləşdirilmiş məhsulları, qənnadı məmulatları, qurudulmuş meyvələri nümayiş etdirilir.
Sərgi noyabrın 14-dək davam edəcək.

Sərgilər 2019-11-13 15:23:00