×
A
A
A
Sazlamalar

Böyük həcmli məlumatlar toplusu ilə bağlı tədqiqatlar aparılıb

Bakı, 11 noyabr, AZƏRTAC 

AMEA İnformasiya Texnologiyaları İnstitutunda böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri tədqiq edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu məqsədlə şəbəkə trafikində “DoS” hücumların aşkarlanması üçün model işlənilib. Bundan əlavə, böyük həcmli verilənlərdə axtarış sistemlərinin effektivliyinin artırılması üçün alqoritmlər işlənilib, internetdə Azərbaycan əlifbası ilə domen adlarının tərtibatındakı problemlər araşdırılıb.

Elm və təhsil 2019-11-11 16:03:00