×
A
A
A
Sazlamalar

Azərbaycan Litvada keçirilən qida sərgisində iştirak edir

Vilnüs, 8 noyabr, AZƏRTAC

Litvanın paytaxtı Vilnüsdə “BAF 2019” qida sərgisi keçirilir.
AZƏRTAC xəbər verir ki, 100-dən çox çeşidin olduğu sərgidə Azərbaycan, Litva, Latviya, Böyük Britaniya, Şri-Lanka, İtaliya və digər ölkələrin məhsulları nümayiş olunur.
“BAF 2019” Litva və xaricdəki kiçik və orta sahibkarların bazara çıxarmaq istədikləri məhsulların nümayiş etdirildiyi beynəlxalq platformadır. Litva Sərgi və Konqres Mərkəzində keçirilən sərgidə dünya ölkələrinin məhsullarını həm dadmaq, həm də almaq, o cümlədən biznes təklifləri etmək mümkündür.
Keçən ilk sərgidə İtaliya, Azərbaycan, Özbəkistan, Belarus, Estoniya, Latviya, Litva və digər ölkələrdən 70-dən çox şirkət iştirak edib, 14 mindən çox ziyarətçi olub.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs

Sərgilər 2019-11-08 19:07:00