×
A
A
A
Sazlamalar

Sənaye sərgisində İran xalçaları ziyarətçiləri xüsusilə cəlb edir

Bakı, 7 noyabr, AZƏRTAC 

Bakı İdman Sarayında keçirilən II Beynəlxalq Sənaye Sərgisində (“CASPINDEXPO 2019”) nümayiş etdirilən məşhur İran xalçaları ziyarətçiləri xüsusilə cəlb edir.
Sərgidə xalçaları təqdim edən Xədicə Qasımova AZƏRTAC-a müsahibəsində deyib ki, xalça üzərində rəsm işləri tehranlı rəssam Cəfər Muhəmmədzadəyə məxsusdur. Rəssamın eskizləri əsasında isə fabrikdə belə gözəl naxışlı və keyfiyyətli xalçalar toxunur. Hər bir insanın zövqünə uyğun olan bu məhsulların qiyməti münasibdir.
X.Qasımova bildirib ki, Bakı sərgisində ilk dəfədir nümayiş etdirilən xalçalara Rusiya və Qazaxıstanda da maraq böyükdür.

Sərgilər 2019-11-07 15:05:00