×
A
A
A
Sazlamalar

Təhsil müəssisələrində yol hərəkəti qaydalarına dair maarifləndirmə tədbirləri davam etdirilir

Bakı, 1 noyabr, AZƏRTAC

Təhsil müəssisələrində yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramının məqsədlərinə uyğun olaraq təbliğat-təşviqat və maarifləndirmə tədbirləri davam etdirilir.
Növbəti belə tədbir Sumqayıt şəhəri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əntiqə Rzayeva və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Fariz Orduxanov rəhbərlik etdikləri müəssisələrdə mütəmadi olaraq yol hərəkəti təhlükəsizliyi ilə bağlı təlim və seminarların keçirildiyini deyiblər. Onlar bu sahədə hər zaman Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə əməkdaşlığa böyük önəm verdiklərini qeyd ediblər.
Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi, polis polkovnik-leytenantı Mübariz Ağayev yol hərəkəti qaydalarının, təhlükəsiz davranış vərdişlərinin uşaq və yeniyetmələrə aşılanmasında müəllim və valideynlərin, ictimaiyyət nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.
Tədbirdə məktəblilər yol hərəkəti qaydalarını və təhlükəsiz davranış vərdişlərini aşılayan musiqi və rəqs nömrələri ifa edib, səhnəciklər göstəriblər.

Elm və təhsil 2019-11-01 18:22:00