×
A
A
A
Sazlamalar

“Klassik və müasir ədəbiyyat məsələləri” kitabı çapdan çıxıb

Bakı, 1 noyabr, AZƏRTAC 

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini, professor Xatirə Bəşirlinin “Klassik və müasir ədəbiyyat məsələləri” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
Muzeydən AZƏRTAC-a bildirilib ki, kitabda məqalələr “Klassik irs”, “Folklor. Aşıq sənəti”, “Güc, qüvvət elmdədir” və “Görünən və görünməyən - Mövlud Süleymanlı” bölmələri üzrə oxuculara təqdim edilir.
Nəşrdə müəllifin ədəbiyyat tarixi, ədəbiyyatşünaslıq, müasir nəsr, mədəniyyətşünaslıq və təhsili əhatə edən elmi və tənqidi məqalələri ədəbiyyatın formalaşması, inkişaf prosesini əks etdirir. Kitabda milli ədəbiyyat, folklor və aşıq ədəbiyyatının müxtəlif problemləri görkəmli alim, yazıçı və aşıqların yaradıcılığı əsasında araşdırılır.
Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi, professor Kamil Allahyarov, rəyçiləri isə professorlar Məhərrəm Qasımlı və Şəfəq Əlibəylidir.

Elm və təhsil 2019-11-01 16:31:00