×
A
A
A
Sazlamalar

“Real Madrid”in müdafiəçisi UEFA Çempionlar Liqasının tarixinə düşüb

Bakı, 23 oktyabr, AZƏRTAC
İspaniya millisinin və “Real Madrid” futbol klubunun müdafiəçisi Serxio Ramos üçün UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qalatasaray”la keçirilən oyun əlamətdar olub.
AZƏRTAC xəbər verir ki, 33 yaşlı müdafiəçi qitənin ən nüfuzlu klub turnirində 121 oyun keçirməklə ən çox oyun meydana çıxan müdafiəçi olub.
Qeyd edək ki, əvvəllər bu rekord Braziliya millisinin və “Real Madrid”in sabiq futbolçusu Roberto Karlosa (120 oyun) məxsus idi.

İdman 2019-10-23 17:14:00