“BakuBuild 2019” sərgisində AZƏRTAC öz stendi ilə təmsil olunur
Bakı, 22 oktyabr, AZƏRTAC
Bakı Sərgi Mərkəzində açılan XXV Azərbaycan Beynəlxalq İnşaat (“BakuBuild 2019”) sərgisində AZƏRTAC öz stendi ilə təmsil olunur.
AZƏRTAC xəbər verir ki, hər il olduğu kimi, bu dəfə də AZƏRTAC-ın stendində agentliyin müxtəlif illərdə hazırladığı çap və multimedia məhsulları nümayiş edilir. Ekspozisiyadakı nəşrlər, multimedia məhsulları sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır.
Builki sərgidə 23 ölkədən 280 şirkət öz məhsullarını və qabaqcıl texnologiyalarını nümayiş etdirir.
Xəzər İnşaat Həftəsi oktyabrda yenidən öz işinə başlayacaq
Şirkət təmsilçisi: Məqsədimiz suvarma sistemlərinin Azərbaycanda geniş tətbiqinə dəstək olmaqdır
“Caspian Agro” və “Interfood Azerbaijan” sərgiləri öz işini başa çatdırıb
Şri-Lanka şirkətinin təmsilçisi: Azərbaycanda öz filialımızı açmaq istəyirik
“Caspian Agro” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilir