×
A
A
A
Sazlamalar

Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Kiyevdə keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib

Bakı, 21 oktyabr, AZƏRTAC 

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Orxan Zamanov Ukrayna Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutunun rəsmi dəvəti ilə Kiyevdə təşkil olunan gənc alimlərin beynəlxalq konfransında iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, Ukrayna Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutunda keçirilən konfransda arxeoloji çöl tədqiqatları zamanı qazıntıya ehtiyacın olub-olmaması məsələsi müzakirə edilib. Tədbirdə, həmçinin Almaniya və Rumıniyanın elmi müəssisələri təmsil olunub. Orxan Zamanov konfransda “Savaş arxeologiyasının araşdırılmasında müasir metodologiya” mövzusunda məruzə ilə çıxış edib.
Konfransda tezislərin müəlliflərinə sertifikatlar verilib.

Elm və təhsil 2019-10-21 13:02:00