×
A
A
A
Sazlamalar

“Yuventus” və “Napoli” növbəti qələbələrini qazanıb

Bakı, 20 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Oktyabrın 19-da futbol üzrə İtaliya A Seriyasının 8-ci turu start götürüb.
AZƏRTAC xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma baş tutub.
Son çempion “Yuventus” azarkeşləri önündə “Bolonya” klubunu qəbul edib.
Hesabı 10-cu dəqiqədə Turin komandasının portuqaliyalı hücumçusu Kriştiano Ronaldo açıb. Oyunun 26-cı dəqiqəsində “Bolonya” Danilonun zərbəsi ilə hesaba tarazlıq gətirib - 1:1.
Fasilədən sonra “Yuventus” hesabda yenidən önə keçib. Miralem Pyaniç adını tabloya yazdırıb - 2:1. Görüş bu hesabla başa çatıb.
Çempionluğa iddialı “Napoli” isə “Hellas Verona” klubunun qonağı olub.
Qarşılaşma neapolluların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün ən məhsuldar oyunu paytaxt Romada qeydə alınıb. “Latsio” öz meydanında “Atalanta”nı qəbul edib. Birinci hissədə meydan sahibləri hesabda 0:3 hesabı ilə geri düşsə də, fasilədən sonra ardıcıl üç dəfə fərqlənərək məğlubiyyətdən xilas ola biliblər.
Turun digər qarşılaşmaları oktyabrın 20-də və 21-də oynanılacaq.

İdman 2019-10-20 04:21:00