×
A
A
A
Sazlamalar

İngiltərə Premyer Liqası: “Mançester Siti” səfər oyunundan üç xalla qayıdıb

Bakı, 20 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Oktyabrın 19-da futbol üzrə İngiltərə Premyer Liqasında 9-cu turun səkkiz oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, son çempion “Mançester Siti” səfərdə “Kristal Palas” klubu ilə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Mançester təmsilçisinin heyətində Qabriel Jesus və David Silva fərqləniblər.
“Şəhərlilər” bu qələbə sayəsində xallarının sayını 19-a çatdırıblar. İndi onları lider “Liverpul”dan 5 xal ayırır. Səkkiz oyundan maksimum xal toplayan liverpullular oktyabrın 20-də “Mançester Yunayted”in qonağı olacaq.
Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
“Everton” - “Vest Ham” - 2:0;
“Bormunt” - “Norviç Siti” - 0:0;
“Aston Villa” - “Brayton” - 2:1;
“Çelsi” - “Nyukasl” - 1:0;
“Lester Siti” - “Börnli” - 2:1;
“Tottenhem” - “Vatford” - 1:1;
“Volverhemton” - “Southemton - 1:1.

İdman 2019-10-20 02:06:00