Gənc idmançımız ağır atletika üzrə Avropa birinciliyində dördüncü yeri tutub
Bakı, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 17-dən 27-dək Rumıniyanın paytaxtı Buxarestdə 20 və 23 yaşadək gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi keçirilir.
AZƏRTAC xəbər verir ki, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulublar. Bu gün Mərziyyə Məhərrəmova körpücük üzərinə çıxıb. O, 23 yaşadək gənc atletlərin yarışında 49 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb.
Birdən və təkanla ağır qaldırmada toplam 146 kiloqram (66+80) nəticə göstərən idmançımız dördüncü yeri tutub.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir