×
A
A
A
Sazlamalar

Azərbaycan idmançıları uşu üzrə dünya çempionatında mübarizəyə başlayıblar

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Çinin Şanxay şəhərində uşu üzrə XV dünya çempionatına start verilib.
Azərbaycan Uşu Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ölkəmizi Şanxayda Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının bürünc və dünya çempionatının gümüş mükafatçısı Orxan Hətəmov (48 kq), dördqat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Elçin Eminov (56 kq), İslam Həmrəyliyi Oyunlarının bürünc və gümüş medalçısı Ruslan Pirəliyev (65 kq) təmsil edirlər.
Uşu üzrə yığma komandamız dünya çempionatında böyük məşqçi Baharətdin Səlimovun rəhbərliyi altında mübarizə aparır.
Qeyd edək ki, Çində keçirilən dünya çempionatında 120-yə yaxın ölkənin idmançıları iştirak edirlər.

İdman 2019-10-19 18:23:00