Riyaziyyatçı alimin daha bir elmi məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib
Bakı, 19 oktyabr, AZƏRTAC
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Sürüncəklik nəzəriyyəsi şöbəsinin elmi işçisi Emin Bağırovun daha bir elmi məqaləsi ABŞ-ın nüfuzlu “Computers, Materials and Continua” jurnalında nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, “Qeyri-bircins ilkin gərginlikli “Boş silindir-ətraf mühit” sistemində hərəkət edən halqa yükün dinamikası” sərlövhəli məqalənin dərc olunduğu jurnal “Web of Sciences” və “Scopus” bazalarında indeksləşir və yüksək impakt faktorlu (Impact Factor 3.024) nəşr hesab edilir.
Qeyd edək ki, alimin bundan əvvəlki məqaləsi Niderlandın beşillik impakt faktoru 3.33 olan jurnalında işıq üzü görüb. Olduqca spesifik və tətbiqi xüsusiyyətli sahə üzrə tədqiqat aparan alimin daha bir neçə elmi məqaləsi isə xeyli yüksək reytinqə malik jurnallar tərəfindən qəbul edilib.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır