×
A
A
A
Sazlamalar

Zooloji fondun qorunması və inkişafı istiqamətində aparılan işlər müzakirə olunub

Bakı, 19 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun elmi şurasının növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda Zoologiya İnstitutunun Qadınlar şurasının fəaliyyəti, zooloji fondun qorunması və inkişafı istiqamətində aparılan işlər müzakirə olunub.
İclasda Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Vüsalə Nərimanovanın məruzəsi dinlənilib. O məlumat verib ki, institutda 1 magistrant, elmlər doktoru hazırlığı üzrə 8 dissertant, fəlsəfə doktoru hazırlığı üzrə isə 6 doktorant və 8 dissertant təhsil alır.
Beynəlxalq əlaqələr şöbəsinin hesabatında əməkdaşların xarici ölkələrə elmi səfərləri, imzalanan xarici əməkdaşlıq müqavilələri, beynəlxalq qrant layihələri, institutda keçirilmiş beynəlxalq elmi seminarlar haqqında ətraflı məlumat verilib.
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Şükür Quliyev isə institutun fəaliyyətinin sosial şəbəkələrdə işıqlandırılması, əməkdaşların kütləvi informasiya vasitələrindəki müsahibə və çıxışları, veb-saytın idarə olunması və digər məsələlərdən danışıb.

Elm və təhsil 2019-10-19 16:28:00