×
A
A
A
Sazlamalar

Qazaxda alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan kuboku yarışları başlayıb

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Qazax Olimpiya İdman Kompleksində alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan kuboku yarışları start götürüb.
AZƏRTAC xəbər verir ki, turnirdə ölkənin 30-dan artıq komandasını təmsil edən bütün yaş qrupları üzrə 300-dən çox idmançı mübarizə aparır.
Alpaqutçular turnirdə aypara, batur, caymaz və qurşaq növlərində yarışırlar.
Turnirdə fərqlənən idmançılar diplom, medallar və kubokla mükafatlandırılacaqlar.

İdman 2019-10-19 11:49:00