“FIDE Grand Swiss 2019”: Şahmatçılarımız 8-ci turu 1 qələbə, 3 heç-heçə ilə başa vurublar
Bakı, 18 oktyabr, AZƏRTAC
Böyük Britaniyanın Men adasında keçirilən şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin səkkizinci turunun oyunları başa çatıb.
AZƏRTAC xəbər verir ki, şahmatçımız Vasif Durarbəyli Ermənistan təmsilçisi Elina Danielyanı məğlub edərək aktivinə daha bir xal yazdırıb. Komandamızın digər üzvləri Rauf Məmmədov hindistanlı Vidit Santoş Gujrathi, Nicat Abbasov Pavel Eljanov (Ukrayna), Eltac Səfərli Ferenc Berkeslə (Macarıstan) heç-heçə ediblər.
Qeyd edək ki, səkkiz turun yekununda R.Məmmədov və N.Abbasov hərəyə 4,5, E.Səfərli və V.Durarbəyli isə 4 xal qazanıblar.
Yarış oktyabrın 21-dək davam edəcək.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir