UNEC-də tələbə senatı və auditinin yaradılmasına dair qərar qəbul edilib
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov tələbə təşkilatlarının sədrləri və fəal tələbələrlə görüşüb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Ədalət Muradov ali təhsil müəssisəsinin tələbə mərkəzli universitet olması istiqamətində tətbiq olunan yeniliklərdən və “UNEC-100” inkişaf strategiyasının hədəflərindən söz açıb. Tələbələrin sosial layihələrinin sayının artırılmasının, ixtisaslaşmış yeni tələbə təşkilatlarının yaradılmasının vacibliyindən danışan rektor, dünyanın aparıcı universitetlərində mövcud olan “Tələbə senatı” və “Tələbə auditi”nin UNEC-də yaradılacağı barədə qərar qəbul edildiyini diqqətə çatdırıb.
Rektor UNEC-də xarici dilin tədrisində yeni standartların tətbiq olunduğunu, tələbələrin dil bilikləri ilə yanaşı, informatika texnologiyalarından istifadə bacarıqlarının yüksəldilməsi istiqamətində də bir sıra yeniliklərin həyata keçiriləcəyini vurğulayıb.
Görüşdə tələbələrin elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədilə bakalavr, magistr və doktorantların mükafatlandırılması qaydalarından danışılıb, impakt dərəcəsindən asılı olaraq nüfuzlu jurnallarda dərc edilən hər bir məqaləyə görə UNEC-in bakalavr və magistrlərinin 4 min manatadək mükafat qazanmaq imkanı diqqətə çatdırılıb. UNEC-in 3 tələbəsinin elmi məqaləyə görə mükafat qazandığı bildirilib.
Görüşdə tələbə təşkilatlarının sədrləri yeni layihələr barədə məlumat veriblər.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır